Eşitmə Cihazının Servisi

Eşitmə aparatları – mürəkkəb elektron qurğulardır ki, burada birləşdirici məftillər, elektron platalar, mikrofon və digər elementlər yığcam şəkildə yerləşdirilmişdir. Eşitmə aparatının  nasazlığına aşkar səbəb – nəmişlikdir. Həmçinin, tez-tez yerə salma halları eşitmə aparatında  məftillərin qırılmasına gətirib çıxarır. Təsadüfi zərbələr elektron elementlərdə kontaktların qapanmasına səbəb olur. Bütün bunlar eşitmə aparatının qeyri sabit işləməsinə və nəticə olaraq,  eşitmə aparatının servis mərkəzində təmiri zərurətinin yaranmasına gətirib çıxarır.

Eşitmə aparatlarının təmiri - mühüm prosesdir ki, ondan gələcəkdə aparatın işinin keyfiyyəti asılıdır. Eşitmə laboratoriyasının eşitmə aparatlarının təmiri şöbəsinin peşəkar əməkdaşları nasazlıqların aşkarlanması və aradan qaldırılması üzrə xidmətlərin tam spektrini təklif edir.

AVAZ Eşitmə Mərkəzimizdə ödənişsiz şəkildə hər bir eşitmə cihazı əldə edən şəxsə cihazla davranış qaydaları və profilaktikası haqqında ətraflı məlumat və tövsiyyələr də verilir.