Eşitmə mərkəzi

Müasir dövrümüzdə eşitmə qüsuru artıq yenidoğulmuş, uşaq, gənc və yaşlı demədən əhali arasında kəskin yayılmışdır. Dünyanın bir çox tanınmış Şirkətləri isə bu qüsurdan insanları azad etmək üçün nanotexnologiyaya əsaslanan həm qulaqarxası, həm də qulaqdaxili olmaqla bir çox çeşiddə eşitmə cihazları istehsal etməkdədirlər.

Tanınmış eşitmə cihazları istehsalçılarının Azərbaycanda yeganə və eksklüziv təmsilçisi kimi fəaliyyət göstərən AVAZ Eşitmə və Nitq Mərkəzi eşitmə azlığı olan şəxslərə müxtəlif çeşiddə və yüksək keyfiyyətli eşitmə cihazları təklif edir. Eşitmə cihazlarının seçimindən əvvəl pasient lor həkiminin müayinəsindən, audioloji müayinələrdən keçirilir və onların əsasında pasientin eşitmə itkisinə müvafiq eşitmə cihazları təqdim olunur. Burada eşitmə cihazlarının satışı ilə yanaşı, cihazların pasientlərin eşitmə azlığının dərəcəsinə uyğun kompüterlə nizamlanması təcrübəli mütəxəssislərimiz tərəfindən də həyata keçirilir. Mərkəzimizin peşəkar mütəxəssisləri hər bir pasientə individual yanaşırlar. Hər bir müştərinin qulağına müvafiq qəliblər və qulaqdaxili(görünməz) eşitmə cihazları da hazırlanır. Bütün cihazlara Avropa istehsalçıları tərəfindən zəmanət verilir və həmçinin, zəmanət müddəti ərzində Mərkəzimiz tərəfindən cihazlara Servis Xidməti də göstərilməkdədir.

Qısaca Sizə təklif etdiklərimiz:

  • Müasir Audiometriya avadanlıqları vasitəsilə peşəkar Audioloqlarımız tərəfindən Eşitmə qüsuru dərəcəsinin diaqnozu
  • Eşitmə qüsurunuza müvafiq müxtəlif çeşid və qiymətlərdə zəmanətli, 2-32 kanallı dünyaca məşhur keyfiyyətli eşitmə cihazlarının təklifi
  • Qulaqarxası və ya qulaqdaxili(görünməz) eşitmə cihazları seçiminin mövcudluğu
  • Eşitmə cihazlarının pasientin Audiometriya diaqnozuna əsasən professional şəkildə ödənişsiz ayarlanması
  • İndividual qulaq qəliblərinin və qulaqdaxili cihazların tələbata müvafiq hazırlanması
  • Yenidoğulmuşların skrininq müayinəsi
  • Peşəkar Servis Xidməti.

“Biz Sizə itirdiyiniz səsləri qaytara bilərik...”