FAQs

Q?

Eşitmə cihazının seçimində nələrə diqqət etməli?

A.

İlk öncə eşitmə müayinəsindən keçərkən müayinəni edən Audioloqun və eşitmə cihazını ayarlayan mütəxəssisin peşəkar olmasına əmin olun. Eşitmə itkinizin dərəcəsinə müvafiq seçilmiş cihazın brendinə, onun keyfiyyəti üzrə rəylərə, cihazın qulaqdaxili yoxsa qulaqarxası olmasına, onun gücünə, Sizə yaratdığı rahat eşitməyə, cihazın xarakteristik özəlliklərinə, zəmanətli olmasına, əlavə funksional özəlliklərinə fikir vermək lazımdır.

Q?

Eşitmə cihazı mənə normal eşitməni tam olaraq qaytara bilərmi?

A.

Dünyada son illər ərzində texnologiya sahəsində əldə olunmuş son nailiyyətlər nəzərə alındıqda eşitmə cihazları üzrə istehsalçı brendlər böyük irəliləyişlər əldə ediblər. Eşitmə cihazı bizə Allah tərəfindən verilən normal eşitməni tam bərpa etməsə də, böyük miqyasda həyata daha rahat eşitmə duyğusu ilə davam etməyə hiss olunacaq dərəcədə kömək etməkdədir.