Eşitmə Cihazının Təyini və Ayarlanması

 

AVAZ Eşitmə Mərkəzində Almaniyanın, Rusiyanın və Türkiyənin surdoloji və eşitmə mərkəzlərində təlim almış yüksək peşəkarlığa malik mütəxəssislər çalışmaqdadırlar. Onlar sizin həyat tərzinizi və fərdi eşitmə xüsusiyyətlərinizi nəzərə almaqla eşitmə aparatınızı seçməyə daim hazırdırlar. Biz qonaqlarımızın diqqətinə ən müasir işlərimizi təqdim edirik.

Mərkəzimizdən ala biləcəyiniz müasir eşitmə aparatları sizə həyat keyfiyyətinizi əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq imkanını verəcək. Eşitmə qabiliyyəti üzrə reabilitasiya texnikasından istifadə edərək, Siz həyatınızı yeni rənglər və emosiyalarla zənginləşdirəcəksiniz. Eşitmə aparatının qiyməti, keyfiyyəti və beynəlxalq zəmanətli olması onun seçimi zaman əsas meyarlardan biri kimi çıxış edir. AVAZ Eşitmə Mərkəzinin əməkdaşları Sizə istər klassik modelləri, istərsə də, ən qabaqcıl yüksək keyfiyyətli eşitmə cihazlarını Sizlərə ən əlverişli qiymətlərlə təklif etməyə hazırdırlar.

Biz eşitmə cihazının seçilməsini hər pasiyent üzrə fərdi şəkildə həyata keçiririk, çünki hər insanın eşitmə qabiliyyəti fərdidir və fərdi yanaşmanı tələb edir. Yalnız tərəfimizdən müasir  eşitmə aparatlarının peşəkar şəkildə seçilməsi sayəsində istənilən həyat vəziyyətində optimal mənimsəmə üçün fərdi yanaşmalar təqdim olunur.

Mərkəzimizdə 2-32 kanallı, beynəlxalq zəmanətlə İsveçrə, Almaniya və Türkiyə istehsalı olan eşitmə cihazlarının həm qulaqarxası, həm də qulaqdaxili(görünməz) növləri müxtəlif çeşidlərdə təklif olunmaqdadır.

Eşitmə aparatını alandan sonra onun mütləq ayarlanması(tənzimlənməsi) lazımdır. Bu işi peşəkar mütəxəssisə etibar etmək vacibdir. Eşitmə cihazı düzgün tənzimlənərsə, siz qısa müddət ərzində ona öyrəşmiş olacaqsınız. O, maksimal effektiv şəkildə işləyəcək və sizə optimal fayda verəcək.

Müasir rəqəmsal eşitmə aparatları  eşitmə qabiliyyətinin pozulma dərəcəsinə və strukturuna uyğun olaraq fərdi tənzimlənməni tələb edir.

Bu məlumatlar xüsusi proqram təminatına malik kompüterə daxil edilir. Eşitmə aparatının tənzimləmə proqramı fərqli yüksəklikdə və tezlikdə eşitmə aparatına daxil olan bütün səslərin lazım olan güclənmə səsini hesablayır.

Nəticədə eşitmə aparatının istifadəçisi orta yüksəklikdə səslərin yaxşı eşidilməsini təmin edən  güclənməni əldə edir, bu zaman sakit səslər eşidilir, yüksək səslər isə diskomfort yaratmır. Eşitmə aparatının mürəkkəblik dərəcəsindən asılı olaraq tənzimləmə proqramı eşitmə protezçilərinin diqqətini tələb edir və aparatın tənzimlənməsini daha fərdi şəkildə həyata keçirən  az və ya çoxsaylı opsiyalara malik ola bilər. Bu eşitmə cihazlarında mövcud olan bir çox funksional özəlliklərlə əlaqədardır.

Mərkəzimizin eşitmə protezçiləri tibbi texnika sahəsində önəmli biliklərə malikdirlər. Sizin üçün optimal uyğun modeli seçib, onu tənzimləmək – tərəfimizdən qısa müddət ərzində və keyfiyyətli şəkildə həll olunacaq məsələdir.