Eşitmə Laboratoriyası

 

 

 

 

 

 

EŞİTMƏ LABORATORİYASI

Azərbaycanda ilk dəfə Medeks Şirkəti tərəfindən Bakıda qurulan bu Eşitmə Laboratoriyası AVAZ Eşitmə və Nitq Mərkəzi ilə sıx əməkdaşlıq etməkdədir.

Eşitmə laboratoriyası Almaniyadan gətirilmiş müasir avadanlıqlar və ləvazimatlarla təmin olunmuşdur. Laboratoriyada çalışan texnik və mühəndislər Moskva, Türkiyə və almaniya kimi ölkələrdə treyninqlər keçmiş sertifikatlı mütəxəssislərdir.

Eşitmə laboratoriyasında eşitmə cihazları (qulaq apparatları) ilə bağlı bir çox xidmətlər təklif olunmaqdadır. Xidmətlər bunlardır:

-          İstənilən pasient üçün qulaq içliklərinin və ya quladaxili eşitmə cihazlarının hazırlanması üçün qulaq qəliblərinin götürülməsi

-          İndividual qulaq içliklərinin hazırlanması

-          Hər bir pasientin qulaq qəlibinə müvafiq müxtəlif ölçü və seçimlərdə Qulaqdaxili (görünməz) eşitmə cihazlarının hazırlanması

-          Eşitmə cihazlarının satışdan sonrakı profilaktikası və təmiri.

Hərkəsə artıq məlumdur ki, düzgün seçilmiş, hətta ən müasir eşitmə aparatı rahat eşitməni təmin etməyə bilər və qulaqda fit, uğultu yarada, qulaqdan tez-tez çıxaraq bir çox narahatlıqlara səbəb ola bilər. Bunun səbəbi – qulaq içliyinin olmaması və ya onun düzgün hazırlanmamasıdır.

Qulaq içliyi qulaq kanalının qəlibinə əsasən hazırlanır, ona görə də qulaq kanalının quruluşuna tam uyğun olur. Ona görə də individual (fərdi) hazırlanan qulaq içliyi xeyli rahatlıqlar təmin edir. O qulağın içində əlavə narahatlıq hissləri yaratmadan kip oturur və bununla da sizi aparatın qulağınızdan düşmə və itmə qorxularından azad edir.

Ən başlıcası isə, fərdi qulaq içliyi səsin qulaq pərdəsinə düzgün keçirilməsi üçün şərait yaradır və beləliklə, optimal akustik mühitə nail olmağa imkan verir.

Qulaq içlikləri bərk və ya yumşaq olaraq müxtəlif forma, rəng və dizaynlarda, xüsusi hipoallergen materyallardan hazırlanır. Eşitmə laboratoriyasında pasientdən asılı olaraq həm bərk, həm də yumşaq qulaq içlikləri təklif edilməkdədir.

Laboratoriyadakı təcrübəli mühəndis otoplastik, sizin qulağınızın formasını və eşitmə itkisinin xarakter və dərəcəsini nəzərə alaraq qulaq içliyini hazırlayarkən sizin üçün ən optimal olan variantı seçəcəkdir.

Eşitmə aparatları – mürəkkəb elektron qurğulardır ki, burada birləşdirici məftillər, elektron platalar, mikrofon və digər elementlər yığcam şəkildə yerləşdirilmişdir. Eşitmə aparatının  nasazlığına aşkar səbəb – nəmişlikdir. Həmçinin, tez-tez yerə salma halları eşitmə aparatında  məftillərin qırılmasına gətirib çıxarır. Təsadüfi zərbələr elektron elementlərdə kontaktların qapanmasına səbəb olur. Bütün bunlar eşitmə aparatının qeyri sabit işləməsinə və nəticə olaraq,  eşitmə aparatının servis mərkəzində təmiri zərurətinin yaranmasına gətirib çıxarır.

 

Eşitmə aparatlarının təmiri - mühüm prosesdir ki, ondan gələcəkdə aparatın işinin keyfiyyəti asılıdır. Eşitmə laboratoriyasının eşitmə aparatlarının təmiri şöbəsinin peşəkar əməkdaşları nasazlıqların aşkarlanması və aradan qaldırılması üzrə xidmətlərin tam spektrini təklif edir.