Servis

"Biz sizə itirdiyiniz səsləri qaytara bilərik..."

 



Azərbaycanda ilk dəfə Medeks Şirkəti tərəfindən Bakıda qurulan Eşitmə Laboratoriyası AVAZ Eşitmə və Nitq Mərkəzi ilə sıx əməkdaşlıq etməkdədir. Eşitmə laboratoriyası Almaniyadan gətirilmiş müasir avadanlıqlar və ləvazimatlarla təmin olunmuşdur. Laboratoriyada çalışan texnik və mühəndislər Moskva, Türkiyə və almaniya kimi ölkələrdə treyninqlər keçmiş sertifikatlı mütəxəssislərdir. Eşitmə laboratoriyasında eşitmə cihazları ilə bağlı bir çox xidmətlər təklif olunmaqdadır. Bu xidmətlər aşağıdakılardır:

  • İstənilən pasient üçün individual qulaq içliklərinin (vkladış) və ya quladaxili eşitmə cihazlarının hazırlanması üçün qulaq qəliblərinin götürülməsi;
  • İndividual qulaq içliklərinin hazırlanması;
  • Hər bir pasientin qulaq qəlibinə müvafiq müxtəlif ölçü və seçimlərdə qulaqdaxili (görünməz) eşitmə cihazlarının hazırlanması;
  • Eşitmə cihazlarının satışdan sonrakı profilaktikası və təmiri.


Hərkəsə artıq məlumdur ki, düzgün seçilmiş, hətta ən müasir eşitmə aparatı rahat eşitməni təmin etməyə bilər və qulaqda fit, uğultu yarada, qulaqdan tez-tez çıxaraq bir çox narahatlıqlara səbəb ola bilər. Bunun səbəbi – individual qulaq içliyinin olmaması və ya onun düzgün hazırlanmamasıdır. İndividual qulaq içliyi qulaq kanalının qəlibinə əsasən hazırlanır, ona görə də qulaq kanalının quruluşuna tam uyğun olur. İndividual hazırlanan qulaq içliyi xeyli rahatlıqlar təmin edir. O qulağın içində əlavə narahatlıq hissləri yaratmadan kip oturur və bununla da sizi aparatın qulağınızdan düşmə və itmə qorxularından azad edir.
Ən başlıcası isə, individual qulaq içliyi səsin qulaq pərdəsinə düzgün keçirilməsi üçün şərait yaradır və beləliklə, optimal akustik mühitə nail olmağa imkan verir. Qulaq içlikləri bərk və ya yumşaq olaraq müxtəlif forma, rəng və dizaynlarda, xüsusi hipoallergen materyallardan hazırlanır. Eşitmə laboratoriyasında pasientdən asılı olaraq həm bərk, həm də yumşaq qulaq içlikləri təklif edilməkdədir. təcrübəli mühəndis otoplastik, sizin qulağınızın formasını və eşitmə itkisinin xarakter və dərəcəsini nəzərə alaraq qulaq içliyini hazırlayarkən sizin üçün ən optimal olan variantı seçəcəkdir. Eşitmə aparatları – mürəkkəb elektron qurğulardır ki, burada birləşdirici məftillər, elektron platalar, mikrofon və digər elementlər yığcam şəkildə yerləşdirilmişdir.
Eşitmə aparatının nasazlığına aşkar səbəb – nəmişlikdir. Həmçinin, tez-tez yerə salma halları eşitmə aparatında məftillərin qırılmasına gətirib çıxarır. Təsadüfi zərbələr elektron elementlərdə kontaktların qapanmasına səbəb olur. Bütün bunlar eşitmə aparatının qeyri sabit işləməsinə və nəticə olaraq, eşitmə aparatının servis mərkəzində təmiri zərurətinin yaranmasına gətirib çıxarır. Eşitmə aparatlarının təmiri - mühüm prosesdir ki, ondan gələcəkdə aparatın işinin keyfiyyəti asılıdır. Eşitmə laboratoriyasının eşitmə aparatlarının təmiri şöbəsinin peşəkar əməkdaşları nasazlıqların aşkarlanması və aradan qaldırılması üzrə xidmətlərin tam spektrini təklif edir. AVAZ Eşitmə Mərkəzimizdə hər bir eşitmə cihazı əldə edən şəxsə cihazla davranış qaydaları və profilaktikası haqqında ətraflı məlumat və tövsiyyələr də verilir.

Qiymət təklifi al

Sürətli formada qiymət sorğusu göndərin və ən qısa zamanda sizə özəl təklifi əldə edin

Whatsapp'a yazın