Yenidoğulmuşlarda Eşitmənin Erkən Müayinəsi

Hal-hazırda ən böyük problemlərdən biri eşitmə qüsuru olan uşaqların gec aşkarlanmasıdır.
Azərbaycanda hər 1000 doğulan uşaqdan biri və ya ikisi eşitmə qüsurlu olur. İldə ölkəmizdə təxminən 150-200 min doğuş qeydə alınır. Bu da o deməkdir ki, hər il təxminən 200 uşaq eşitmə qüsuru ilə anadan olur. Əslində bu, çox böyük rəqəmdir.Lakin vaxtında müdaxilə ilə bunların hamisini müalicə etmək mümkündür. Biz problemi vaxtında aşkarlamaqla bu uşaqlarıcəmiyyətə qazandıra bilərik.
Bu gün ən böyük problemlərdən biri eşitmə qüsuru olan uşaqların gec aşkarlanmasıdır: Yəni valideynlər bu hallarla bağlı mütəxəssislərə çox gec müraciət edirlər. Məsələn, uşaq üç yaşına çatır, danışmır, amma buna ciddi əhəmiyyət vermirlər.

Ətrafdakı insanlar çox zaman deyirlər ki, belə hallar çox olur, narahat olmağa dəyməz, ya da məsələn, “oğlan uşaqları gec danışır” və sairə. Belə-belə vaxt ötür və problemin aradan qaldırılması mümkün olmur. Ya da valideynlər uşaqda karlığın olmasını gizlədirlər. Bəzən hətta valideyn uşağın eşitmə cihazı ilə gəzməyi əvəzinə ömürlük eşitmə və nitq qüsurlu olmasına üstünlük verirlər. Çox təəssüf ki, belə hallar da var. Hər kəs bilməlidir ki, biz eşitmə qüsuru olan uşaqlara əsasən dörd yaşa qədər kömək edilə bilinir. Amma bəzən bir sıra kriteriyaları nəzərə alaraq bu müddəti beş, beş yaş yarıma qədər də uzadılır.
Bütün valideynlər, ələlxüsus qohum evlilikləri olanlar bunu mütləq etməlidirlər! Vaxtından əvvəl doğulmaq, sarılıq, irsi eşitmə problemi, qohum evlilikləri məhz anadangəlmə eşitmə qüsurunun səbəblərindəndir: “Uşaqlıqda kimyaterapiya qəbul etmək və meningit xəstəliyi eşitmə qabiliyyətinin itirilməsinə səbəb olur. Antibiotiklər də uşaqlarda karlığa səbəb ola bilir.

Müasir ölkələrdə artıq formalaşıb ki, uşaq anadan olan kimi onun eşitməsinin yoxlanılması üçün Skrininq testindən keçirilir. Uşaq doğulan kimi qulağına xüsusisi cihaz taxılır və bununla eşidib-eşitmədiyi yoxlanılır. Azərbaycanda da bəzi xəstəxanalarda, doğum evlərində bu tətbiq olunur. Əslində bu müayinə bütün xəstəxanalarda, doğum evlərində tətbiq olunmalıdır. Çətin deyil, yaymaq mümkündür. Bu müayinə bahalı da deyil. Gərək bütün ailələr uşaq anadan olan kimi öz körpəsini bu Skrininq testinin edildiyi cihazlar olan yerlərdə(Avaz Eşitmə Mərkəzində) uşağın eşitməsini yoxlatmalıdırlar.

Siz Avaz Eşitmə Mərkəimizdə də uşağınızın eşitməsinin yoxlanması üçün Skrininq testindən keçirə bilərsiniz. Bütün vətəndaşların müraciət etməsi mümkündür, buyurun.
Doğuşdan başlayaraq uşağınızın qeydinə qalın.

 

No Comments Yet.

Leave a comment