Eşitmənin Müayinəsi

 

Eşitmə zəifliyi həm böyüklər, həm də kiçiklər arasında çox yayılmış problemlərdəndir. Dünya əhalisinin 15-18% bu problemdən əziyyət çəkir. Eşimə zəifliyinin bir çox fərqli səbəbləri var: anadan gəlmə qüsur, xəstəlik, yaşlanma, müxtəlif səslərin təsiri və s.

İmmanuel Kant doğru olaraq demişdir: - “Korluq bizi əşyalardan ayırır. Karlıq isə insanlardan”.

Eşitmə qabiliyyətinin müayinəsi eşitmə qabiliyyətinin pozuntusunun növünü, ağırlıq dərəcəsini və profilini müəyyən etmək imkanını verir.

Hal-hazırda dünyada eşitmə itkisinin yoxlanılması və dərəcəsinin müəyyənləşdirilməsi üçün istifadə olunan müayinə üsulu Audiometriya müayinəsidir.

“Audio” latın sözü olub, “eşitmə”, “metriya” isə “ölçmə” deməkdir. Audiometriya - elektroakustik cihazın köməyilə aparılan eşitmə müayinəsi xroniki və kəskin neyrosensor eşitmə zəifliyi, qulağın iltihabı, otoskleroz, eşitmə sinirinin nevrinoması kimi xəstəliklərə şübhə olduqda aparılır.

Eşitmə ilə bağlı problemlərlə üzləşən pasient audiometriya müayinəsinə cəlb edilərək, onun audioqramması tərtib olunur və eşitmə itkisinin dərəcəsi müəyyənləşdirilir.

Yaş qrupundan asılı olaraq Audiometriyanın aşağıdakı növləri var:

 a)Saf səs audiometriyası- Eşitmənin dəyərləndirilməsində saf səslərin istifadəsinə əsaslanan standart davraniş testidir.  5 yaşdan yuxari şəxslərdə qulaqlıqlardan istifadə edərək  eşitmə azlığının dərəcəsi və tipi təyin edilir.

  1. b) Oyun audiometriyası- Az yaşlı  uşaqlarda oyunla şərtlənmiş saf səs audiometriyasıdır. Əsasən 3 - 6 yaş arası uşaqlarda aparılır .
  2. c) Davranış audiometriyası-  6ay - 4 yaş arası uşaqlarda sərbəst sahədə səs gücləndiricilərlə saf səslərin göndərilməsinə əsaslanan eşitmə müayinəsidir.

     Sərbəst sahədə eşitmənin müayinəsi - Audiometriyanın tərkib hissəsi olub, 6 aydan 4 yaşa qədər olan uşaqlarda (qulaqlıq taxa bilməyən uşaqlarda) həyata keçirilir. Bu zaman uşaq valideyinlə birlikdə sərbəst sahədə  masa arxasında yerləşdirilir.

 

Ondan bir metr aralı məsafədə  səs gücləndiricilər qoyulur. Müxtəlif desibellərdə və tezliklərdə səslər göndərməklə uşağın səsə reaksiyası aşkarlanaraq eşitmə haqqında ümumi məlumat əldə edilir. Bundan başqa, bu üsulun köməyi ilə eşitmə cihazı istifadə edən və koxlear implant əməliyyatı olunmuş şəxslərin də cihazlı müayinəsini apararaq, cihazdan hansı dərəcədə fayda görmələrini  aşkarlamaq mümkün olur.

Timpanometriya - müayinəsi vasitəsilə orta qulaq təzyiqinin ölçümü və akustik reflekslərin təyini aparılır. Müxtəlif orta qulaq patologiyalarının meydana çıxmasında çox önəmli bir müayinə metodudur. Xarici qulaq keçəcəyinə prob yerləşdirilərək timpanoqram çəkilir.Timpanoqramin tiplərinə görə orta qulaqda baş verən patoloji prosses haqqında məlumat əldə etmək olur.

AVAZ Eşitmə və Nitq Mərkəzində audiometriya, timpanometriya, yenidoğulmuşlarda eşitmənin skrininq müayinəsi kimi müayinələr həyata keçirilir.