Az
En
Ru

Servis

Servis

"Biz sizə itirdiyiniz səsləri qaytara bilərik..."

Eşitmə cihazlarının ən müasir texniki xidmət mərkəzi – Avaz Eşitmə və Nitq Mərkəzi
 Müasir dünya standartlarına uyğun xidmət göstərməyi və müştəri məmnuniyyətini daim əsas prioritetləri sırasına qoyan Şirkətimiz Azərbaycanda ilk dəfə Medeks Şirkəti tərəfindən Bakıda qurulan Eşitmə Laboratoriyası ilə sıx əməkdaşlıq etməkdədir.


 Eşitmə cihazları laboratoriyası Almaniyadan gətirilmiş müasir avadanlıqlar və ləvazimatlarla təchiz olunmuşdur. Laboratoriyada çalışan texnik və mühəndislər Moskva, Türkiyə və Almaniyada müvafiq təlimlər keçmiş, yüksək nəticələrlə sertifikatlara layiq görülmüş mütəxəssislərdir.



 Eşitmə laboratoriyasında eşitmə cihazları ilə bağlı bir çox xidmətlər təklif edilir:
 Pasiyentlərimiz üçün individual qulaq içliklərinin (vkladış) və ya quladaxili eşitmə cihazlarının hazırlanması üçün qulaq qəliblərinin götürülməsi;
 İndividual qulaq içliklərinin hazırlanması;
 Hər bir pasiyentin qulaq qəlibinə uyğun müxtəlif ölçü və seçimlərdə qulaqdaxili (görünməz) eşitmə cihazlarının hazırlanması;
 Eşitmə cihazlarının satışdan sonrakı profilaktikası və qulaq aparatı təmiri xidməti
 Düzgün seçilmiş hətta ən müasir eşitmə cihazı rahat eşitməni təmin etməyə bilər və qulaqda fit, uğultu yarada, qulaqdan tez-tez çıxaraq bir çox narahatlıqlara səbəb ola bilər. Bunun səbəbi – individual qulaq içliyinin olmaması və ya onun düzgün hazırlanmamasıdır. İndividual qulaq içliyi qulaq kanalının qəlibinə əsasən hazırlanır, ona görə də qulaq kanalının quruluşuna tam uyğun olur. İndividual hazırlanan qulaq içliyi sizə rahatlıqlar təmin edəcək. O qulağın içində əlavə narahatlıq hissləri yaratmadan kip oturur və bununla da sizi aparatın qulağınızdan düşmə və itmə qorxularından xilas edir.


 Ən başlıcası isə, individual qulaq içliyi səsin qulaq pərdəsinə düzgün keçirilməsi üçün şərait yaradır və beləliklə, optimal akustik mühitə nail olmağa imkan verir. Qulaq içlikləri bərk və ya yumşaq olaraq müxtəlif forma, rəng və dizaynlarda, xüsusi hipoallergen materiallardan hazırlanır.



 Eşitmə laboratoriyasında pasiyentlərə həm bərk, həm də yumşaq qulaq içlikləri təklif edilir. Təcrübəli otoplastik mühəndislərimiz sizin qulağınızın formasını və eşitmə itkisinin xarakter və dərəcəsini nəzərə alaraq qulaq içliyini hazırlayarkən sizin üçün ən optimal olan variantı təlif edəcək.

 Eşitmə aparatları – mürəkkəb elektron qurğulardır ki, burada birləşdirici məftillər, elektron platalar, mikrofon və digər elementlər yığcam şəkildə yerləşdirilmişdir.


 Eşitmə cihazlarının tənzimlənməsi və təmiri
 Eşitmə aparatının nasazlığına əsas səbəb – nəmişlikdir. Həmçinin, tez-tez yerə salma halları eşitmə aparatında məftillərin qırılmasına gətirib çıxarır. Təsadüfi zərbələr elektron elementlərdə kontaktların qapanmasına səbəb olur. Bütün bunlar eşitmə aparatının qeyri-sabit işləməsinə və nəticə olaraq, eşitmə aparatının servisi mərkəzində təmiri zərurətinin yaranmasına gətirib çıxarır.


 Eşitmə cihazı harada təmir edilir?
 Eşitmə aparatlarının təmiri - mühüm prosesdir ki, ondan gələcəkdə aparatın işinin keyfiyyəti asılıdır. Eşitmə cihazlari laboratoriyasının eşitmə aparatlarının təmiri şöbəsinin peşəkar əməkdaşları nasazlıqların aşkarlanması və aradan qaldırılması üzrə xidmətlərin tam spektrini təklif edir.



 Eşitmə cihazları çox həssas və mürəkkəb cihazlar olduğundan eşitmə aparatının təmiri peşəkar və təcrübəli mütəxəssislər tərəfindən edilməlidir.



 AVAZ Eşitmə Mərkəzimizdə hər bir eşitmə cihazı əldə edən şəxsə cihazla davranış qaydaları və profilaktikası haqqında ətraflı məlumat və tövsiyələr təqdim edilir

Qiymət təklifi al

Sürətli formada qiymət sorğusu göndərin və ən qısa zamanda sizə özəl təklifi əldə edin

Whatsapp'a yazın