1 iyun 2021 Uşaqların Beynəlxalq Müdafiəsi Günü

News / 1 iyun 2021 Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Ən qədim beynəlxalq bayramlardan biri olan Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azırbaycanın Əməkdar artisti, rejissor, aparıcı "Парни из Баку" ŞHK komandasının üzvü, Azərbaycan kinematoqrafçılar İttifaqının üzvü Bəhram Arif oğlu Bağırzadə "Avaz Eşitmə və Nitq Mərkəzi"ni ziyarət etmişdir. Mərkəzdə koxlear implantasiya əməliyyatı olunmuş uşaqlar üçün bayram tədbiri keçirilmişdir. Uşaqlar sevimli aktyorla ünsiyyətdən böyük zövq aldılar, söhbətdə fəal iştirak etdilər, suallar verdilər. Tədbirdə iştirak edən uşaqlar Bəhram bəyin "Qarabağ Azərbaycandır" kitabını hədiyyə aldılar.








Qiymət təklifi al

Sürətli formada qiymət sorğusu göndərin və ən qısa zamanda sizə özəl təklifi əldə edin

Whatsapp'a yazın