Bu xidmətlər eşitmə qüsurlarının diaqnostikası, müvafiq cihazların seçilməsi, reabilitasiya və servis dəstəyi ilə insanlara eşitmə qabiliyyətini və nitq inkişafını bərpa etməkdə kömək edir. Təklif olunan əsas fəaliyyətlər bunlardır:
- Diaqnostik müayinələr
Müasir audiometriya və timpanometriya avadanlıqları vasitəsilə eşitmə qüsuru dərəcəsi dəqiq şəkildə müəyyən edilir. - Eşitmə cihazlarının təklifi və seçimi
Pasiyentin ehtiyaclarına uyğun olaraq qulaq arxası, qulaq daxili və kanal daxili cihazlar təqdim olunur. Dünyaca məşhur keyfiyyətli və zəmanətli cihazlar arasından uyğun olanı pulsuz ayarlanır. - Fərdi qulaq qəliblərinin hazırlanması
Hər bir şəxsin eşitmə xüsusiyyətlərinə uyğun olaraq fərdi qulaq qəlibləri və qulaqdaxili cihazlar istehsal edilir. - Koxlear implantasiya və reabilitasiya
Ağır eşitmə qüsurları üçün koxlear implantasiya və əməliyyatdan sonrakı reabilitasiya xidmətləri göstərilir. - Nitq və eşitmə bərpası
Xüsusi proqramlarla eşitmə qabiliyyəti və nitqin inkişafı üçün təlim və terapiya həyata keçirilir. - Peşəkar servis xidməti
Eşitmə cihazlarının texniki xidmət və baxımı peşəkar səviyyədə təmin edilir.