Eşitmə cihazı necə seçilməlidir.
Eşitmə cihazı seçərkən nələrə diqqət etməlisiniz.
Eşitmə cihazları - onlar duyma həcm və keyfiyyətini artıran, ətraf mühitlə, həyatla əlaqəni yenidən bərpa edən texnoloji cihazlardır. Qulaq aparatları ilə bağlı ehtiyaclarınız dəqiq müəyyən edilərsə və eşitmə cihazı düzgün seçilərsə, həyatınızda ciddi dəyişikliklər baş verə, həmçinin, insanın həyatına böyük fayda gətirə bilər.
İlk Addım kimi Eşitmə zəifliyinizlə bağlı müayinə alınması
Eşitmə probleminizlə bağlı diqanoz əldə etmək üçün şəxsi həkiminizə və ya xəstəxanalara müraciət etməlisiniz. Orada lor həkimi tərəfindən müayinə olunmalısınız. Müayinələr nəticəsində həkiminiz uyğun görsə, lazımi prosedurları tamamladıqdan sonra sizə diqanoz təyin edilə bilər.
Eşitmə cihazından əvvəl eşitmə mərkəzinin seçilməsi
Araşdırdıqdan sonra müraciət etmək üçün seçdiyiniz eşitmə cihazı mərkəzində öz sahəsində mütəxəssis olan Audioloq/Audiometristin olduğundan əmin olun.
Eşitmə Mərkəzlərindəki Audioloqlar/Audiometristlər eşitmə zəifliyinə, qulaq quruluşunuza və görə sizin üçün ən uyğun eşitmə cihazını tövsiyə edəcəklər.
Doğru brend, düzgün xidmət
Hansı eşitmə cihazını istifadə edəcəyinizi dəqiqləşdirməzdən əvvəl müxtəlif markalı cihazları yoxlamalı və sizə ən yaxşı eşitmə qabiliyyəti yaşadan və rahat olan marka modelini seçməlisiz. Eşitmə cihazının marka və modelini seçdikdən sonra aldığınız məhsulun zəmanət müddəti, firmanın texniki servisi olub-olmaması, texniki xidmət və nəzarət intervalları sizin üçün çox önəmli olacaq.
Onlarla Brendlər Arasında Doğru Eşitmə Cihazının Seçilməsi
Eşitmə cihazı modelləri əsasən iki qrupa bölünür: qulaqdaxili və qulaq arxasında. Qulaq arxası modelləri yüngüldən şiddətə qədər tətbiq oluna bilər. Təmizləmək və saxlamaq asandır və daha uzun ömürlüdür. Uşaq xəstə qrupunda (körpələr və uşaqlar) qulaq arxası eşitmə cihazları mütləq istifadə edilməlidir.
Yüngül və orta dərəcəli eşitmə itkiləri üçün qulaqdaxili cihazlar tövsiyə olunur. Estetik baxımından çox xoşagələndir. Buna görə də, eşitmə cihazı modeli seçərkən eşitmə testiniz, qulağınızın quruluşu, cihazın estetik görünüşü çox önəmlidir. Eşitmə itkisinə uyğun modeli seçdikdən sonra müxtəlif markaları sınamalı və sizə ən yaxşı eşitmə qabiliyyətini bərpa edən, rahat olan marka və modeli seçməlisiniz.
Eşitmə cihazları birtərəfli və ya ikitərəfli olmalıdır?
Eşitmə testinin nəticələrinə əsasən qiymətləndirmə aparılmalıdır. Hər iki qulağınızda eşitmə itkisi varsa, ikili cihazlardan istifadə etməlisiniz. Çünki ikitərəfli cihazdan istifadə daha balanslı eşitməyə kömək edir və ətrafdakı səslərin istiqamətini daha yaxşı müəyyən edə bilirsiniz. Bundan əlavə, ikili cihazlardan istifadə səs-küylü mühitlərdə daha aydın eşitməyə imkan verir. Beləliklə, hər iki qulaqda aktiv olaraq qalır.
Eşitmə Cihazının Qulaqla Uyğunluğu
Qulaqdaxili eşitmə cihazları fərdi olaraq xüsusi olaraq istehsal olunur. Bunun üçün əvvəlcə qulağınızın izi alınır, sonra isə texniki servis tərəfindən qulağınızın quruluşuna uyğun hazırlanır.
Qulaq arxası eşitmə cihazları isə pinna üzərində yerləşdirilir və qulaq qəlibi vasitəsilə qulağınıza sıx şəkildə oturur. Qulaq qəlibləri də fərdi qulaq izi alınmaqla hazırlanır. Ona görə də seçdiyiniz eşitmə cihazının qulağınıza mükəmməl uyğunlaşması və düşməməsi üçün qulaq quruluşunuza uyğun eşitmə cihazı seçməlisiniz.
Eşitmə cihazlarına necə öyrəşəcəm?!
Eşitmə cihazınıza öyrəşməyiniz üçün tələb olunan vaxt, eşitmə cihazından müntəzəm istifadə edib-etmədiyinizdən asılı olaraq dəyişir. Ancaq, narahat olmağa dəyməz, bu, orta hesabla 1-2 ay arasında dəyişir. Adaptasiya olmaq üçün audio kitablar oxuya, TV və radio dinləyə bilərsiniz.
Eşitmə Cihazı Batareyaları
Eşitmə cihazının batareyaları - Onu eşitmə cihazı mərkəzlərindən, tibb mərkəzlərindən və müxtəlif internet saytlarından əldə edə bilərsiniz. Diqqət edilməli vacib məqam budur: aldığınız batareyanın istifadə müddəti bitməməsi və eşitmə cihazınız üçün uyğun olmasıdır.
Eşitmə Aparatlarına Zəmanət
Eşitmə cihazları üçün zəmanət müddəti şirkətlərdən və markalardan asılı olaraq dəyişə bilər. AVAZ Eşitmə və Nitq Mərkəzi olaraq bütün eşitmə cihazlarımızın zəmanət müddəti … il arasında dəyişir.
Eşitmə cihazları nə qədər davam edir?
Eşitmə cihazlarının istifadə müddəti hər bir fərdin istifadəsindən asılı olaraq dəyişir. Buna görə də, eşitmə cihazları hər üç-beş ildən bir dəyişdirilə bilər. Bununla belə, istehlakçıların gigiyenik baxım və nəzarət üçün öz eşitmə cihazlarına qulluq tezliyi və onlardan ehtiyatlı istifadə bu müddəti uzada və ya qısalda bilər.