Az
En
Ru

Ünvanda Xidmət

Ünvanda xidmət

"Biz sizə itirdiyiniz səsləri qaytara bilərik..."

Ünvanda xidmət
Bizim eşitmə mərkəzimiz, insanların rahatlığını düşünərək, səyyar xidməti aktivləşdirmişdir! Sizlərin evlərinə, iş yeri və digər yerlərə gələrək, peşəkar audioloqlarımız tərəfindən audimetriya və timponametriya müayinələri, individual qulaq qəliblərinin çıxarılması və eşitmə cihazlarının satışı prosesi həyata keçirilir.


Xidmətlərimiz

•    Audiometriya Müayinəsi: Eşitmə qabiliyyətini qiymətləndirmək üçün peşəkar audiometriya müayinəsi
•    Timponametriya Müayinəsi: Qulaq yolu və orta qulağın sağlamlığını qiymətləndirmək üçün peşəkar timponametriya müayinəsi.
•    İndividual Qulaq Qəlibinin Çıxarılması: Eşitmə cihazı almaq istəyənlər üçün fərdi qulaq qəliblərinin çıxarılması. Bu xidmət, qulağınıza tam uyğunlaşmış qəliblərin hazırlanmasını təmin edir və eşitmə cihazınızın performansını artırır.
•    Eşitmə Cihazlarının Satışı: Müayinə nəticələrinə uyğun olaraq audioloqlarımız sizə ən uyğun eşitmə cihazı seçmənizə kömək edir.

Bu xidmətin üstünlükləri


Rahatlıq:

Evinizdə peşəkar müayinə: Siz dəfələrlə xəstəxanaya və ya müayinə mərkəzinə getmədən, evinizdə müayinə oluna bilərsiniz.

Zamanınıza qənaət:

Sıx iş cədvəlində uzun müddət gözləmədən xidmətimizdən yararlana bilərsiniz. Bizim mütəxəssislərimiz sizə ən uyğun vaxtda gələcəklər.

Fərdi yanaşma:

Hər bir müştəriyə fərdi xidmət: Biz müştərinin ehtiyaclarına qarşı duyarlı olub, ən uyğun həlləri təqdim edirik.


Xidmətlərimiz haqqında daha ətraflı məlumat üçün istədiyiniz zaman bizimlə əlaqə saxlaya bilərsiniz. Biz sizə hər zaman kömək etməyə hazırıq! 🌟


Qiymət təklifi al

Sürətli formada qiymət sorğusu göndərin və ən qısa zamanda sizə özəl təklifi əldə edin

Whatsapp'a yazın