Az
En
Ru

Loqoped Xidməti

Loqoped xidməti

"Biz sizə itirdiyiniz səsləri qaytara bilərik..."

Loqoped xidməti

Loqopediya

Cəmiyyətdə normal nitq inkişafı olan insanlarla yanaşı nitqində müxtəlif növ qüsurlar olan uşaqlarda mövcuddur. Loqopediya insana sadəcə kəlimələr deyil,eyni zamanda düşüncələrin qarşı tərəfə ötürə bilmək üçün kömək edən ixtisas sahəsidir.

Defektologiya:

Zehni və fiziki inkişafdan geri qalan uşaqlar üçün ixtisaslaşan sahədir.

Mərkəzimizdə müalicəsi aparılan sahələr və göstərilən xidmətlər aşağıdakılardır:

 Koxlear implantasiya sonrası reablitasiya 

Koxlear implantasiya öncəsi uşaqlarda cihaz vasitəsi ilə loqopedik(surdoloji) məşğələlər aparılır.Eşitmə zəifliyinə bağlı yaranan danışıq ləngiməsi eşitmə cihazı vasitəsilə aradan qaldırılır. Uşaqlar qulaq  ilə səsləri qəbul edib mərkəzi sinir sisteminə ötürərək səsləri anlayıb ,ayırd etmələrinə şərait yaradaraq eşitmə duyğusunu təmin edir. Beyin inkişafı normal olduğu halda eşitmə zəifliyi olan uşaqlarda səslərin və danışığın qəbul edilib beyinə ötürülməsi ləngidiyi üçün nitq geriləməsi baş verir. Eşitmə zəifliyi olan uşaqlarda vaxtında eşitmə cihazlarından istifadə etmədikdə səs eşidə bilmədikləri üçün danışmağa tənbəllik baş qaldırır .Buna görə də kiçik yaşlarından eşitmə cihazından istifadə edərək eşidib vaxtında söz ehtiyatını inkişaf etdirmək lazımdır ki, sonra rabitəli nitqi də inkişafdan qalmasın.


• Artikulyasiya gimnastikası (dodaq,dil,çənə,yanaq)

Uşaqların nitqi açılan zaman səsləri və sözləri yanlış tələffüz etmək meydana gəlir. Uşağın yaş dövrünə görə hərflərin əksəriyyətində tələffüzün düzgün olmadığı görülə bilir. Məsələn 5-yaşlı uşağın “r”səsini düzgün tələffüz etməməsi normal olduğu halda ,eyni yaşlı uşağın “ş”səsini yanlış tələffüz etməsi çatışmamazlıq sayılır. 5-6-yaşa çatan uşaqların normal nitqi olmadıqda və ya hər hansı hərifləri düzgün tələffüz  etmədikdə loqopedə müraciət etmələri mütləqdir.

• Fonetik və fonematik geriləmənin müalicəsi

Uşaqlar danışıq dilini bilmədiyi sözləri eşidir və təkrarlayır. Bu zaman bir yaş həddinə qədər sözlərdə hərfi dəyişə bilirlər. Uşağın nitqi gözlənildiyi yaş həddinə qədər düzəlməsə, bu problem davam edərsə loqopedik müayinələrə yönəlməlidir. Uzun müddətli loqopedik terapiyalar alınması şərtdir.

• Kəkələmə (loqonevroz)

Kəkələmənin səbəbləri arasında nitq inkişafının tamamlanmaması, diafraqmanın pozulmaları, psixoloji səbəblər, stresslər və nəfəs aktı vardır. Kəkələmədə genetik faktorlar da önəmli rol oynayır. Kəkələmənin müalicəsi uzun zaman tələb edir. Kəkələmədən əziyyət çəkən şəxslər sözün əvvəlində və ya sözün ortasında tələffüzlərində çətinlik çəkirlər. Müalicə zamanı kəkələmədən əziyyət çəkən şəxslərə diafraqmanı düzgün işlədib nəfəs aktını formalaşdırıb, axıcı danışıq texnikaları öyrədilir. Bu texnikalar loqopedik seanslar vasitəsilə başlayıb tətbiq olunsada daha sonralar evdə, gündəlik yaşayışlarında davam etdirməlidirlər.


Qiymət təklifi al

Sürətli formada qiymət sorğusu göndərin və ən qısa zamanda sizə özəl təklifi əldə edin

Whatsapp'a yazın