Audiometriya Müayinəsi
Eşitmə ilə bağlı çətinliyiniz varsa Avaz Eşitmǝ Mǝrkǝzinə gələrək, Audiometriya (Audioqrammanın çakilməsi) yoxlanışından keçə bilərsiniz. Audiometriyanın keçirilmǝsi eşitmǝnin subyektiv, individual tǝrǝflǝrinin müǝyyǝn olunması baxımından vacibdir. Audiometriya qulaqda tamamilə ağrısız və ziyansız şəkildǝ hǝm sümük, hǝm dǝ hava yolunu müayinǝ etmǝyǝ imkan verir.
Audiometriya testini aparmaq üçün xəstənin qulağına kənar səsləri eşitməsinə mane olan qulaqlıq taxılır. Müxtəlif tezlikli səslər xəstənin qulağına ötürülərək verdiyi reaksiyalar ölçülür. Bunun üçün xəstənin əlinə düyməsi olan kiçik bir cihaz verilir və eşitdiyi hər səsə görə düyməni basmağı tələb olunur.
Mǝrkǝzimizdǝn eşitmǝ cihazı ǝldǝ etmǝklǝ siz ödǝnişsiz audiometriya müayinəsi olma imkanı qazanırsınız. Sizin məmnuniyyətiniz bizim üçün önəmlidir!
Hər hansı bir sualınız varsa, bizimlə əlaqə saxlamağı unutmayın. 📞😊